CRM və ERP sistemləri

Rəqəmləriniz Excel-də yox, gözünüzün önündə olsun.

Sifariş, anbar, maya dəyəri, gəlir və xərc — hamısı bir sistemdə, sizin iş qaydanıza görə. Siz hazır proqrama uyğunlaşmırsınız, sistem sizə uyğunlaşır.

Tanış gəlir?

Bu cümlələr sizindirsə,
doğru yerdəsiniz.

Sifarişlər bir neçə Excel faylında və yazışmalarda itib-batır.
Anbar qalığını təxmini bilirəm, dəqiq yox.
Hansı məhsulun qazandırdığını ay bitəndə öyrənirəm.
1C və hazır proqramlar mənim iş qaydama uyğun gəlmir.

Nə daxildir

Biznesinizin bütün rəqəmləri bir yerdə.

👥

Müştəri və satış idarəetməsi (CRM)

Kim nə alıb, kimə zəng etmək lazımdır — hamısı bir ekranda.

🧾

Sifariş idarəetməsi

Sifariş daxil olandan çatdırılanadək hər mərhələ görünür.

📦

Anbar və məhsul uçotu

Dəqiq qalıq, hərəkət tarixçəsi, az qalanda xəbərdarlıq.

🧮

Maya dəyəri hesablanması

Hər məhsulun real maya dəyəri və mənfəəti.

💰

Gəlir və xərclərin izlənməsi

Pul hara gedir, haradan gəlir — aydın.

📊

Avtomatik hesabatlar və panellər

Hesabat hazırlamağa vaxt sərf etmirsiniz, sistem özü hazırlayır.

Nəticədə

Səhər telefonu açırsınız — hər şey görünür.

Kağız, dəftər və onlarla Excel faylı əvəzinə bir sistem. İşçiləriniz eyni məlumatla işləyir, siz isə qərarı təxminə yox, rəqəmə görə verirsiniz.

sistem-qurulandan-sonra
Sifarişlər, müştərilər və satışlar bir yerdə
Anbar qalığı və maya dəyəri dəqiq
Gəlir və xərc hər gün görünür
Mövcud Excel məlumatlarınız köçürülür
Biznes böyüdükcə yeni funksiyalar əlavə olunur

Suallar

Tez-tez verilən suallar

Hazır proqram əvəzinə öz biznesimə uyğun sistem qura bilərəm?

Bəli. Fərdi sistem sizin iş qaydanıza görə qurulur: lazım olan funksiyalar olur, lazımsızlar olmur. Biznes böyüdükcə yeni funksiyalar əlavə etmək mümkündür.

Mövcud məlumatlarımı yeni sistemə köçürmək mümkündür?

Bəli. Excel cədvəlləri və digər mənbələrdəki məlumatlarınız analiz mərhələsində qiymətləndirilir və yeni sistemə köçürülməsi planlaşdırılır — sıfırdan başlamağa ehtiyac qalmır.

Biznesim üçün hansı həll daha uyğundur?

Bunu ilk danışıqda birlikdə müəyyənləşdiririk. Əvvəlcə işinizin necə qurulduğunu və sizi ən çox nəyin yorduğunu öyrənirik, sonra uyğun həlli təklif edirik: bəzən bu sadə bir sayt, bəzən bot, bəzən də tam idarəetmə sistemidir. Məqsəd sizə lazım olanı qurmaqdır, artığını yox.

Layihənin qiyməti necə müəyyən edilir?

Qiymət layihənin funksiyalarından və iş həcmindən asılıdır. Ehtiyacınızı analiz etdikdən sonra təklif hazırlayırıq; iş həcmi, qiymət və təhvil müddəti işə başlamazdan əvvəl razılaşdırılır.

İş nə qədər vaxta hazır olur?

Müddət layihənin həcmindən asılıdır: sadə sayt ilə tam idarəetmə sistemi eyni vaxt aparmır. Təhvil müddəti işə başlamazdan əvvəl razılaşdırılır və təklifdə göstərilir.

Ödəniş necə həyata keçirilir?

50% işə başlayanda, qalan 50% iş təhvil veriləndə. Yəni qalan hissəni nəticəni görüb qəbul etdikdən sonra ödəyirsiniz.

Excel-i bağlayın. Biznesinizi görün.

İşinizin necə qurulduğunu danışın — sizə uyğun sistemin necə görünəcəyini birlikdə müəyyənləşdirək.

Yazmaq sizi heç nəyə məcbur etmir. Əvvəlcə sadəcə danışırıq.

Təklif al Yazın